Bakının Tbilisi prospektində yerləşən "Qafqaz" hotelinin yaxınlığında güclü yanğın olub. Lent.az-ın salamnews-a istinadən məlumatına görə, yanğın nəticəsində ərazidəki altı avtomobil yanaraq külə dönüb.

 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri, təcili tibbi yardım avtomobilləri, o cümlədən post patrul xidmətinin əməkdaşları gəliblər.

 

Şahidlər bildirirlər ki, hava küləkli olduğundan yanğının hotel binasına keçmə ehtimalı olub.

 

Hazırda yanğının qarşısının alınmağı üzrə işlər aparılır.