İqtisadiyyat və Sənaye Nazirliyində geniş kollegiya iclası keçirilib
Bakı, 20 aprel, AZƏRTAC
Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı İqtisadiyyat və Sənaye Nazirliyində geniş kollegiya iclası keçirilib.
İqtisadiyyat və Sənaye Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, nazirliyin struktur bölmələrinin və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə keçirilən kollegiya iclasında iqtisadiyyat və sənaye naziri, Kollegiyanın sədri Şahin Mustafayev 2015-ci ilin I rübündə qazanılmış sosial-iqtisadi nailiyyətlər və qarşıda duran vəzifələr barədə məlumat verib.
Qeyd olunub ki, ölkənin davamlı inkişafının təmin olunmasında, dünya iqtisadiyyatındakı böhran meyillərinin, enerji bazarında ötən il başlamış və hazırda da davam edən qeyri-sabitliyin mənfi təsirinin qarşısının alınmasında dövlət başçısının həyata keçirdiyi sosial-iqtisadi siyasət, o cümlədən bu siyasətin prioritet istiqamətlərindən olan iqtisadiyyatın şaxələndirilməsi həlledici rola malikdir. Görülmüş işlərin nəticəsi olaraq, 2015-ci ilin I rübündə ümumi daxili məhsul 5,3 faiz artıb, sənayedə 3,5 faiz, kənd təsərrüfatında 3,4 faiz, rabitədə 9,3 faiz, tikintidə 13,2 faiz, nəqliyyatda 5 faiz, ticarətdə 9,6 faiz, ümumilikdə qeyri-neft sektorunda 7 faizlik artıma nail olunub. Hazırda qeyri-neft sektorunun ÜDM-də xüsusi çəkisi 68 faizi ötüb. Bu ilin ilk üç ayında 30 minə yaxın yeni iş yeri açılıb, əhalinin gəlirləri 5,3 faiz artmaqla inflyasiyanı 2 dəfəyədək üstələyib, istehlak bazarının sabitliyi təmin edilib. Dünyada baş verən neqativ iqtisadi proseslər fonunda Azərbaycan investisiya reytinqini qoruyub saxlayıb.
Vurğulanıb ki, Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan Prezidenti ölkədə iqtisadi inkişafın davam etdiyini qeyd edib, bu ilin birinci rübündə sosial-iqtisadi sahədə əldə olunmuş uğurları yüksək qiymətləndirib, qarşıdakı dövr üçün mühüm vəzifələr müəyyənləşdirib. Belə ki, dövlət başçısı makroiqtisadi sabitliyin qorunub saxlanılması, qeyri-neft sektorunun inkişafı, ərzaq tәhlükәsizliyinin möhkəmləndirilməsi, sahibkarlığın inkişafı üçün dövlәt güzәştlәrindən sәmәrәli istifadә etmәklə istehsal olunan mәhsulların rәqabәtqabiliyyәtliliyinin artırılması, yerli istehsalın stimullaşdırılması üçün әlavә tәdbirlәrin və təkliflərin hazırlanması, yeni iş yerlərinin açılması barədə tapşırıqlar verib.
Nazirlər Kabinetinin iclasında dövlət başçısı sənayenin inkişafının, bu məqsədlə yerli sənaye potensialından səmərəli istifadənin əhəmiyyətini, lokalizasiyanın səviyyəsinin artırılmasının zəruriliyini vurğulayaraq, Neftçala ilə yanaşı, hər bir rayonda sənaye zonasının yaradılması və sənaye zonalarının lazımi infrastrukturla təmin olunması, tikinti materiallarına tələbatın tam şәkildә yerli istehsal hesabına ödənilməsi istiqamətində görüləcək işləri diqqətə çatdırıb.
2015-ci ilin “Kənd təsərrüfatı ili” elan olunduğunu xatırladan dövlət başçısı meliorasiya tәdbirlәrinin davam etdirilməsi, suvarma kanallarının tikintisi və şaxәlәndirilmәsi, bu ilin sonuna qәdәr Xızı rayonunda 3 min hektardan çox torpağa su verilmәsinin təmin edilməsi, istehsal olunan әrzaq mәhsullarının bütün komponentlәrinin ölkədə istehsal olunması, aqroparkların və iri fermer təsərrüfatlarının yaradılması məsələlərini vəzifə olaraq qarşıya qoyub. Bundan başqa, dövriyyәyә buraxılacaq yeni torpaqlarda bazarların tәlәbatına uyğun mәhsul yetişdirilmәsi, burada tam dövlәt nәzarәtinin təmin olunması barədə İqtisadiyyat vә Sәnaye, Kәnd Tәsәrrüfatı nazirliklәrinə konkret tövsiyələr edilib.
Kollegiya iclasında nazir Şahin Mustafayev qeyd edib ki, dövlət başçısı tərəfindən biznes mühitinin daha da yaxşılaşdırılması, ixrac imkanlarının genişləndirilməsi, ixrac nomenklaturunun genişlәndirmәsi və yeni bazarların araşdırılması, Qazaxıstanın Aktau şәhәrindә yaradılan logistika bazasında bu ilin sonuna qәdәr real nәticәnin əldə olunmasına dair vəzifələr müəyyənləşdirilib. Diqqətə çatdırılıb ki, dövlət başçısı, həmçinin sosial layihələrin və bütün sosial proqramların tam şəkildə icrası, məktəb, xəstəxana, uşaq bağçalarının, peşə məktəblərinin tikintisinin davam etdirilməsi, bölgәlәrdә elektrik enerjisi ilә təminatın, xüsusilə ötürücü xәtlәrlә bağlı vəziyyətin yaxşılaşdırılması və içməli su ilə təminatın səviyyəsinin yüksəldilməsi barədə tapşırıqlar verib.
Nazirlər Kabinetinin iclasında Prezident İlham Əliyev tərəfindən inhisarçılığa qarşı mübarizәnin güclәndirilmәsi, qiymәtlәrin sabit saxlanılması, süni qiymәt artımının qarşısının alınması, bütün apteklәrdә ciddi nәzarәtin tәşkil edilməsi vә keyfiyyәtә nəzarətin artırılması istiqamətində İqtisadiyyat və Sənaye, Səhiyyə nazirliklərinə müvafiq göstərişlər verilib.
Dövlət başçısının çıxışında ekoloji məsələlər də diqqət mərkəzində saxlanılıb, göllərin təmizlənməsi, ağacların əkilməsi, parkların salınması işlərinin davam etdirilməsi, birinci Avropa Oyunlarına hazırlıq istiqamətində görüləcək işlər xüsusi vurğulanıb.
Kollegiyanın sədri Şahin Mustafayev dövlət başçısının Azərbaycanın bütün sahələrdə inkişafının istiqamətlərini müəyyənləşdirdiyi çıxışından irəli gələn və İqtisadiyyat və Sənaye Nazirliyi qarşısında qoyulmuş vəzifələrin vaxtında və keyfiyyətli icrası üçün nazirliyin struktur bölmələrinə konkret tapşırıqlar verib, bu vəzifələrin icrası ilə bağlı Tədbirlər Planının hazırlanması qərara alınıb.
İclasda, həmçinin “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” dövlət başçısının 22 dekabr 2014-cü il tarixli Fərmanına uyğun olaraq, çoxmənzilli binalarda Mənzil Məcəlləsi ilə müəyyən olunmuş yeni idarəetmə üsullarının tətbiqi sahəsində görülən işlər və nəzərdə tutulan tədbirlər barədə hesabat dinlənilib.
Kollegiya iclasında Prezident tərəfindən İqtisadiyyat və Sənaye Nazirliyinə verilən tapşırığa əsasən, ixracın təşviqinin təkmilləşdirilməsi ilə bağlı hazırlanmış təkliflər müzakirə edilib.
Kollegiya iclasında cari məsələlərə də baxılıb, müvafiq qərarlar qəbul olunub.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10