"Ola bilsin ki, 2016-cı ildə belə bir qərar olarsa, avroda buraxılışımız olsun. Bunun həcminin isə 0,5 mlrd. olacağı gözlənilir. Həcm bazarın tələbatından asılıdır. dollarda buraxanda bir neçə il hazırlaşırdıq yalnız yarım milyard buraxmaq istəyirdik. Buraxılışın lidvidliyi olmalıdır ki, alınıb satılsın. Ona görə də, məsləhətçilərlə qərar gəldik ki, 1 mlrd. dollardan aşağı olmasın. Avroda borc bazarı dollar bazarından daha dar bazardır. Ola bilsin ki, yarım milyarddan az olsun. Hazırkı bazar konyunkturası əlverişli deyil. Biz məcburi qaydada borc almırıq. Ona görə də, bazara daha uyğun vaxtda çıxcağıq", - deyə nazir bildirib.
S.Şərifov həmçinin Azərbaycan Beynəlxalq Bankının özəlləşdirilməsi məsləsinə toxunub və qeyd edib ki, bu məsələ də gündəmdədir: "Dövlət özünə məxsus aktivlərin özəlləşdirilməsinə daim hazır olmalıdır. Hökumət eyni mövqedədir. Müəyyən proqram var və bu istiqamətdə işlər aparılır".
Nazir bununla yanaşı Bankın ümumi yığıncağının cari ilin iyulunda keçirilməsini planlaşdırıldığını deyib. Onun sözlərionə görə, İdarə Heyətinin üzvlərinin səlahiyyət müddəti həmin vaxt bitir.