Moskva, 20 aprel, AZƏRTAC
Türkiyənin Moskvadakı səfirliyi qarşısında uydurma “erməni soyqırımı” ilə bağlı etiraz aksiyası keçirilməyəcək. Bu barədə AZƏRTAC-a Moskva hökuməti regional təhlükəsizlik və korrupsiya ilə mübarizə departamentindən bildiriblər.
Qeyd edilib ki, Türkiyənin Rusiyadakı səfirliyinin qarşısında aksiya keçirilməsi məsələsi departamentlə razılaşdırılmayıb.
Xatırladaq ki, bir qədər əvvəl Rusiyadakı erməni ittifaqı aprelin 24-də Türkiyə səfirliyi qarşısında etiraz kasiyası keçirəcəyini elan etmişdi.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva