[ 20 Aprel 2015 16:47 ]


Bakı – APA. Rusiyanın Dağıstan Respublikasında keçirilən xüsusi əməliyyat zamanı “Qafqaz əmirliyi” qruplaşmasının rəhbəri Əliasxab Kebekov öldürülüb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə Milli Antiterror Komitəsinin yaydığı xəbərdə deyilir.

 

Gerey-Avlak qəsəbəsində keçirilən əməliyyat nəticəsində 5 terrorçu zərərsizləşdirilib. Doku Umarovun xələfi sayılan A. Kebekovdan başqa cinayətkar qruplaşmaların başçıları Şamil Hacıyev və Ömər Maqomedov qətlə yetirilib.