Kürdəmir, 20 aprel, AZƏRTAC
Kürdəmirli fermerlər bu günlərdə yaz qayğılarını yaşayırlar. Hazırda rayonun bütün ərazi nümayəndəliklərində yaz-tarla işləri uğurla aparılır.
Rayon statistika idarəsindən AZƏRTAC-a verilən məlumata görə, qısa vaxtda rayonda 1800 hektardan çox sahədə yonca səpini, 1200 hektardan artıq sahədə isə kartof əkini aparılıb. Habelə, 2600 hektardan çox sahəyə tərəvəz toxumu səpilib, 3500 hektarda bostan bitkiləri əkilib.
Hazırda rayonda yaz-tarla işləri davam edir.
