Bakı, 20 aprel, AZƏRTAC
Bakı şəhərində Gül bayramına hazırlıq işləri ilə əlaqədar Bülbül prospektinin Füzuli küçəsi ilə kəsişməsindən Şəmsi Bədəlbəyli küçəsi ilə kəsişməsinə qədər olan hissəsində (Heydər Əliyev sarayının qarşısı) nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.
Bu barədə AZƏRTAC-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib. Bildirilib ki, sürücülər alternativ olaraq Səməd Vurğun küçəsindən istifadə etmələri tövsiyə edilir.