Belarus “Azərbaycan Dəmir Yolları”na Mogilyov zavodunda istehsal olunan vaqonları təklif edir
Bakı, 20 aprel, AZƏRTAC
Belarus “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə (QSC) Mogilyov zavodunda istehsal olunan vaqonları təklif edir. Təklif “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç və BELAZ holdinqinin direktoru Petr Parxomçiklə keçirdiyi görüşdə səslənib.
QSC-nin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov AZƏRTAC-a bildirib ki, QSC-nin sədri Cavid Qurbanov qonaqlara Azərbaycan Dəmir Yolunda reallaşdırılan layihələr, qarşıda duran perspektiv vəzifələr haqqında ətraflı məlumat verib. Qeyd olunub ki, Azərbaycan dəmiryolçuları belaruslu həmkarları ilə əlaqələrin genişləndirilməsinə həmişə yüksək önəm verir.
Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç dəmir yolu nəqliyyatı və daşımalar sahəsində Belarus-Azərbaycan əməkdaşlığının hazırkı vəziyyəti və inkişaf perspektivləri haqqında danışıb.
BELAZ holdinqinin direktoru Petr Parxomçik BELAZ şirkətinin tərkibində fəaliyyət göstərən Mogilyov zavodunda istehsal olunan 9 növ dəmir yolu vaqonunu “Azərbaycan Dəmir Yolları” QSC-yə təklif edib.
İkitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi ilə bağlı müzakirələrin davam etdirilməsi qərara alınıb.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10