Qəbələ rayonunun Vəndam qəsəbəsində bədbəxt hadisə baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, aprelin 18-də qəsəbə sakini Sabir Abdullayev evinin qarşısındakı dirəyə çıxarkən onu elektrik cərəyanı vurub. S.Abdullayev hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.