Xəzər dənizində iki meyit tapılıb
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aprelin 19-da Qaradağ rayonunun Lökbatan qəsəbəsində dənizdə qəsəbə sakini Şamil Məmmədovun üzərində zorakılıq əlamətləri görünməyən meyidi tapılıb.

Həmin gün Neftçala rayonunun Qoltuq qəsəbəsində dənizdə 25-35 yaşlı çürüməyə məruz qalmış kişi meyidi tapılıb.

Hər iki faktla bağlı araşdırmalar aparılır.

Milli.Az