Bazar günü Azərbaycanda piyada ölümü ilə nəticələnən iki yol qəzası baş verib. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, piyada ölümü ilə nəticələnən yol qəzaları müxtəlif ərazilərdə qeydə alınıb.

Qəzalardan biri Yevlax şəhərində olub. Bərdə rayon sakini Elnur Tağıyev idarə etdiyi “Chrysler” markalı avtomobillə yolu keçən həmyerlisi Kəriş Əhmədovu vurub. Qəza nəticəsində xəstəxanaya yerləşdirilən K.Əhmədov orada ölüb.

Digər hadisə Saatlı rayonunun Dədə Qorqud kəndində baş verib. Kənddə müəyyən edilməmiş avtomobillə yolu keçən kənd sakini Atabala Allahyarov vurulub. Xəstəxanaya yerləşdirilmiş A.Allahyarov orada ölüb.

Onu vuran sürücü isə hadisə yerindən qaçdığı üçün hələlik kimliyi məlum deyil.

Hər iki faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Mənbə
ANS PRESS