Bakı Şəhər Baş Polis İdarəsindən (BŞBPİ) Trend-ə verilən məlumata görə, aprelin 18-nə keçən gecə Təbriz küçəsində yerləşən "Qarabağ" mehmanxanasının həyətində Bakı şəhər sakini Tariyel Axundovu bıçaqla hədələyərək 6 manat pulunu, brilyant qaşlı qızıl üzüyünü, gümüşdən olan üzüyü, boyunbağını, bilərziyini və qol saatını alaraq ona qarşı quldurluq ediblər.Bakı sakininə qarşı quldurluq edərək onu soyan 3 nəfər tutulub
Nərimanov Rayon Polis İdarəsi Cinayət-Axtarış Şöbəsi, Təhlükəsiz Şəhər Xidməti və 18-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində, quldurluq etməkdə şübhəli bilinənlər, Salyan rayon sakinləri - 1997-ci il təvəllüdlü Xanbala Vüqar oğlu Qurbanov, 1996-cı il təvəllüdlülər Xəyal Vüqar oğlu Səmədov və Yusif Aslan oğlu Əliyev tutulublar.
Milli.Az