Onu artıq "Karate Kid" adlandırırlar və bu uşağı milyonlar tanıyır.
 
9 yaşlı Cessi bir gündə populyarlaşdı. Özü də tək yaşadığı ölkədə yox, dünyanın ən müxtəlif dövlətlərində.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, İrlandiyadakı Arma şəhərinin sakini olan 9 yaşlı Cessi Ceyn MakParland "Britain's Got Talent" müsabiqəsinə qatılanda uğur qazanacağına ümid etmədyini söyləyirdi.
 
Amma o, səhnəyə çıxdı və göstərdiyi şou ilə milyonları heyrətləndirdi.
Cessi yaşının azlığına rəğmən, əlbəyaxa döyüş növləri ustasıdır. 4 yaşından bəri karate və kikboksla məşbğul olan Cessi Ceyn MakParland kikboks üzrə dünya çempionudur. Ümumiyyətlə isə o, müxtəlif turnirlərdə 117 mükafat qazanıb.
 
Cessi filmlərə də çəkilir. Onun Sintiya Rotrok və Don Uilsonla birlikdə rol aldığı "Dragon" filmi bu il nümayiş olunacaq. İyulda isə Cessi populyar gənc aktyor Zak Efronla birlikdə "Awakening" filminə çəkiləcək.
Cessinin atası, 36 yaşlı Heri qızı ilə fəxr edir.
 
"Yarışa məni atam apardı. Çünki anam məşğuldur. O, evdə iki kiçik bacıma baxır", - Cessi deyib.
Hazırda karate, kikboksinq, kunqfu və taekvondo ilə məşğul olan 9 yaşlı qızın məşqçisi sensey Heri Kellidir. Cessi Londonda olanda isə onun məşqlərinə Ceff Skott rəhbərlik edir.
 
Balaca Cessinin son titulu Ümumdünya Kikboksinq Assosiasiyasının versiyası üzrə yeniyetmələr arasında dünya çempionluğudur.
Cessinin kiçik bacıları - 6 yaşlı Molli Mey və 2 yaşlı Şuqar Rey də ona bənzəmək istəyirlər.
 
Milli.Az
 



Videonu izləmək üçün şəklə klikləyin.
фото