[ 20 Aprel 2015 10:59 ]
Bakı. Hafiz Heydərov – APA. Bakıda intihar hadisəsi baş verib.
Sabunçu rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Kürdəxanı qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 2003-cü il təvəllüdlü Ruslan Həsənli yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
İntihar edən R. Həsənli orta məktəb şagirdi olub.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.