Suraxanı Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Bülbülə qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 66 yaşlı Cəlal Sadıqov ailə münasibətləri zəminində həyat yoldaşı, 52 yaşlı Tamara Sadıqovanı bıçaqlayıb. T. Sadıqova ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.Bakıda bıçaqlanma hadisəsi baş verib
Hadisəni törədən C. Sadıqov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
Milli.Az