Kəpəz TV (Region TV) xəbər verir ki, ötən gün Şəmkir rayonunun Sarıtəpə kənd sakini 5 yaşlı Bahar İbrahimli bədbəxt hadisə ilə üzləşib. Onu yaşadıqları evin yaxılığında ilan sancıb. Uşaq dərhal yaxınları tərəfindən Şəmkir Mərkəzi Rayon Xəstəxanasına gətirilib. İlan zəhərinə qarşı zərdab vurulan uşağın vəziyyəti hazırda orta ağırdır. Həkimlər müalicəni davam etdirirlər.

Milli.Az