[ 20 Aprel 2015 10:39 ]
Bakı. Könül Kamilqızı – APA. Bu gün səhərdən etibarən Bakıda və Abşeron yarımadasında müşahidə edilən güclü şimal-qərb küləyi axşam saatlarında tədricən mülayimləşəcək. Bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova deyib. Gülşad Məmmədova bildirib ki, sabahdan etibarən ölkə ərazisində mülayim hava şəraiti müşahidə olunacaq.