Bu gündən etibarən Estoniyada ABŞ ordusunun iştirakı ilə hərbi təlimlər başlayır. Milli.Az xəbər verir ki, "Tornado" adlı təlimlərdə Estoniya hərbçiləri ilə yanaşı, ABŞ-ın 173 saylı hərbi-desant briqadasının əsgərləri iştirak edəcəklər.
Təlim çərçivəsində hərbi bölmələr müəyyən obyektlərin ələ keçirilməsi təlimini keçirəcəklər.