Bakı, 20 aprel, AZƏRTAC
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 20-də Lüksemburqa yola düşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səfərin məqsədi Şərq tərəfdaşlığında iştirak edən ölkələrin və Avropa ittifaqına üzv dövlətlərin xarici işlər nazirlərinin 6-cı görüşündə iştirak etməkdir.