Azərbaycan Auditorlar Palatasının üzvü Afiq İsrafilov Avropa Mühasiblər və Auditorlar Federasiyasının Təhsil üzrə ekspertlər qrupuna üzv seçilib.

Auditorlar Palatasından Lent.az-a verilən məlumata görə, A.İsrafilov, həmçinin “AZAUDİT” MMC-nin idarə heyətinin sədridir.

Qeyd edək ki, Auditorlar Palatası indiyədək Federasiyada Audit qrupunun üzvü İslam Bayramov və Mühasibat qrupunun üzvü Vəli Rəhimov ilə təmsil olunurdu.

Nigar