Şəhriyar Məmmədyarov: "Belə maraqsız heç-heçə olmamışdı"
ANS PRESS-in verdiyi məlumata görə, Synergy Group-un təşkilatçılığıyla baş tutan yarışda Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Fransa təmsilçisi Maksim Vaşye-Laqravla heç-heçə oynayıb.
Hesabat turunda yarım xal qazanan Məmmədyarov partiya haqda fikirlərini mətbuat konfransında bildirib: "Ötən tur Maqnus Karlsenə uduzandan sonra daha yaxşı oynamaq istəyirdim. Əslində dünyanın bir nömrəsinə uduzmaq normaldı. Bu gün heç-heçəni oyuna görə uyğun nəticə sayıram. Karyeramda belə maraqsız heç-heçə olmamışdı. 17-ci gedişdə vəzirlə düzgün gediş etsəydim oyun dəyişəcəkdi. Lakin həmin gedişi tapa bilmədim. Şəmkirdə daha yaxşı oynamağa çalışıram. Azərbaycanda oynayan zaman bir qədər çətin olur. Məsuliyyətim artır. Xaricda çıxış etdiyim zaman rahat mübarizə aparıram. Bakıda və ya Şəmkirdə olan zaman uğur qazanmağa çalışıram, amma alınmır. Son dəfə Azərbaycanda uğur qazandığım turnir yadıma gəlmir".
Nəticədən razı qalan Maksim Vaşye-Laqrav partiya haqda bunları deyib: "Şəhriyarla bir neçə dəfə oynamışıq. Fikrimcə bu dəfə oyunda o qədər fəallıq yox idi. Vəziyyət heç-heçəyə aparırdı. Qələbə görsənmirdi. Ona görə heç-heçəyə razılaşdıq. Ardıcıl üçüncü bərabərlikdən sonra oyunlara daha ciddi yanaşmalıyam". Mənbə
ANS PRESS
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Sabah ilk Qədr gecəsidir
anspress.com
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33