Özünü ayrı dövlət adlandıran İŞİD terror qruplaşması artıq üzvlərinə şəxsiyyət vəsiqəsi verməyə başlayıb.Qadınlara şəxsiyyət vəsiqəsi istifadəsi və verilməsi qadağan olunub
Anspress-in məlumatına görə, bu barədə Suriya İnsan Hüquqları Mərkəzinin yaydığı məlumatda belə deyilir. Şəxsiyyət vəsiqəsi terror qruplaşmasının 13 yaşını tamamlamış kişi üzvlərinə verilir.
İŞİD-çilərin vəsiqəsi digər şəxsiyyət vəsiqələrindən ciddi fərqlənmir. Vəsiqədə foto, doğum tarixi və məkanı yazan məlumatlar əks olunub.
Məlumatda deyilir ki, qadınların şəkil çəkdirməsini günah hesab edən terrorçular onlara şəxsiyyət vəsiqəsi vermir. Ümumiyyətlə, İŞİD-in daxili nizamnaməsinə uyğun olaraq qadınlara şəxsiyyət vəsiqəsinin verilməsi və istifadəsi qadağan olunub.
Milli.Az