Nigeriyada Ebola virusundan da dəhşətli naməlum xəstəlik tüğyan edir. Lent.az-ın vesti.ru-ya istinadən xəbərinə görə, artıq bu ölkədə 23 nəfər xəstəliyə yoluxub, onlardan 18 nəfəri həyatını itirib. Xəstəliyin əsas simptomları başağrısı, huşun itməsi və görmədə problemdir. Nigeriya həkimlərinin məlumatına görə, xəstəlik Ondo ştatında aşkar olunub. Nigeriya hakimiyyəti elan edib ki, xəstəlik üzərində aparılan ilk araşdırmalar onun Ebola virusu ilə əlaqədar olduğunu sübut etməyib.  

 

Qeyd edək ki, Ebola virusu 2014-cü ilin fevralında Şərqi Afrikada aşkarlanıb. ÜST-ün məlumatına görə, Afrikada Ebola virusundan 10 mindən çox adam dünyasını dəyişib, 25, 5 min insan isə xəstəliyə yoluxub.