[ 19 Aprel 2015 14:57 ]



Bakı - APA. Xaçmaz rayonunun Palçıqoba kəndində vətəndaşa məxsus ümumi sahəsi 160 kv.m olan ikimərtəbəli, 4 otaq və aynabənddən ibarət evin mətbəxinin tavanı 9 kv.m sahədə və içərisindəki əşyalar yanıb.

 

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

 

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.