“Elektron hökumət” portalı vətəndaşlara istifadəçi təlimatlarını təqdim edir
Bakı, 19 aprel, AZƏRTAC
“Elektron hökumət” portalının mütəxəssisləri tərəfindən bütün qurumların e-xidmətləri üzrə istifadəçi təlimatlarının hazırlanılmasına başlanılıb.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, təxminən 200-ə yaxın istifadəçi təlimatı hazırlanaraq portalda “e-xidmətlər” bölməsində yerləşdirilib. Bundan əlavə, bir sıra e-xidmətlərdən istifadə qaydaları haqqında hazırlanan video-təlimatlar da portalda yer alıb. Bu prosesin davam etdirilməsi və bütün e-xidmətlər üçün istifadəçi təlimatlarının və video-təlimatların hazırlanıb portalda yerləşdirilməsi nəzərdə tutulub. Məqsəd vətəndaşların xidmətlərdən istifadə qaydaları ilə tanış olmaları, xidmətdən istifadə üçün zəruri biliklərin mənimsənilməsidir. Hazırda portaldakı 413 e-xidmət üzrə istifadəçi təlimatlarının hazırlanıb portalda yerləşdirilməsinə zərurət var.
Eyni zamanda, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən təsdiq olunmuş bütün e-xidmətlər üzrə inzibati reqlamentlər hazırlanaraq təsdiq edilməlidir. İnzibati reqlamentlərdə elektron xidmətin adı, məzmunu, hüquqi əsası, digər icraçılar, elektron xidmətin göstərilməsinin nəticəsi, inzibatı prosedurlar və s. kimi məlumatlar öz əksini tapmaldır. Hazırda 254 e-xidmət üzrə inzibati reqlamentlər portalda yerləşdirilib və bu istiqamətdə dövlət qurumları ilə birgə iş davam etdirilir.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Azərbaycanda nə qədər ev ipotekadadır?
Bu gün
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Bu gün
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Bu gün
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Bu gün
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Bu gün
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Bu gün
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Bu gün
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Bu gün
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Bu gün
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Bu gün
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Bu gün
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Bu gün
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Bu gün
·
20:51
"Azərbaycan D-8 təşkilatına üzv olmağa böyük önəm verir"
Bu gün
·
20:42
Məlumat savaşı: Dezinformasiyanın müharibə və siyasətdəki rolu
Bu gün
·
20:35