Nigeriyanın cənub-şərq hissəsində müəmmalı virus ortaya çıxıb.

ANS PRESS-in məlumatına görə, virus görmə qabiliyyətinin itirilməsinə, baş ağırısına və ürəkgetməyə səbəb olur.

Virus son 3 gündür ki, yayılıb və artıq 18 nəfərin həyatına son qoyub. Virusa yoluxan insan 24 saat ərzində dünyasını dəyişir.

Ondo ştatının həkimləri bildiriblər ki, virus mərkəzi sinir sistemini iflic edir. Yoxlamalar bunun Ebola virusu olmadığını göstərib.
Mənbə
ANS PRESS