Bakı, 18 aprel, AZƏRTAC 
Azərbaycan paytaxtında növbəti “Bakı Ürək Günləri” mayın 15-17-də “Fairmont” otelində keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Bakıda artıq dördüncü dəfə keçirilən, ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş bu nüfuzlu beynəlxalq tibb forumunun təşkilatçısı Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətidir. Forumda kardiologiyanın, o cümlədən anadangəlmə ürək qüsuru, ürək çatışmazlığı, transplantasiya və s. zamanı cərrahi müdaxilənin aktual problemləri müzakirə ediləcək. Tədbir çərçivəsində ürək-damar cərrahiyyəsi üçün dərman preparatlarının və tibb avadanlığının sərgisi təşkil olunacaq.
İştirakçıların qeydiyyatı mayın 1-dək davam edəcək.