Vatikan Avropaya erməni mesajını necə göndərdi?
Bunu ANS PRESS-ə açıqlamasında Milli Təhlükəsizlik Nazirliyinin sabiq əməkdaşı, politoloq Arzu Nağıyev deyib. Politoloqun sözlərinə görə, bəyanatların cavabı layiqincə verilsə də fakt faktlığında qalır:
“Düşünürəm ki, sanki dünyada müsəlman-xristian qarşıdurması yaradılması üçün bir böyük proses başlayıb. Afrikadan başlamış Avstraliyaya qədər bütün qitələrdə bu problem yaşanmaqdadır. Vatikan, Papa Fransiskin simasında qondarma “erməni soyqırımı” ilə bağlı bəyanat səsləndirəndə sanki Avropaya bir messaj göndərdi. Baxmayaraq ki, Fransiskin əsas işi dövlət və dövlətçilik deyil. Ən çox humanitar sahədə, inanc sahəsində təbliğat və təşviqatdır və onun verdiyi bəyanatlar ciddilikdən kənardır. Əlbəttə ki, bundan sonra Avropa Birliyi “erməni soyqırımı” ilə bağlı qətnamə qəbul etdi. Türkiyəyə müəyyən tövsiyyələr də verdi. Bu bəyanatların cavabı istər Türkiyə, istərsə də Azərbaycan tərəfindən layiqincə verilsə də fakt faktlığında qalır. Yəni, Avropa ölkələri erməni lobbisi və diasporların təsiri ilə ermənilərin tərəfini saxlayır”.
Arzu Nağıyev hesab edir ki, Avropa Parlamentinin son qərarını əsas gətirərək Azərbaycan tərəfi də 31 Mart və Xocalı kimi ermənilərin Azərbaycan türklərinə qarşı törətdikləri soyqırımlara hüquqi status qazandıra bilər:
“Təəssüf ki, dünyada yaşayan türklərin sayının milyonlarla olmasına baxmayaraq izahat və təbliğat işinin zəif təşkili belə bir vəziyyətin yaranmasına gətirib çıxardı. Bilirsiniz, hətta bu “ erməni soyqırımı”nın Osmanlı İmperiyasına aid edilməsinə baxmayaraq, ermənipərəstlər cavabdeh kimi Türkiyə dövlətini görür və təzminatlardan dəm vururlar. Bunun özü anoloqu olmayan və qanunlara a zidd bir iddiadır. Tarix göstərir ki, Azərbaycan da 31 Mart və Xocalı soyqırımına Avropa Parlamenti tribunasından hüquqi qiymət verdirə bilməsi üçün xarici siyasətdə böyük işlər görməlidir. Görünən işləri daha da səmərəli təşkil etməlidir. Bunun üçün rəsmi qurumların işindən başqa, diaspora təşkilatlarımız öz işlərində müvafiq dəyişiklər etməli,ayrı –seçkiliyə son qoymalı və müvafiq kurs götürməlidirlər”.
Xatırladaq ki, Roma Papası Fransisko “erməni soyqırımını” tanıdığını bildirib. Üstəlik Avropa Parlamenti də dünən uydurma "1915-ci il erməni soyqırımı" iddiasını öz qətnaməsi ilə dəstəklədiyini bəyan edib. Mənbə
ANS PRESS
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
anspress.com
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10