Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bundan əlavə, yol kənarlarından uydurma soyqırımı ilə bağlı bannerlər yığışdırılıb, aprelin 18-də keçirilməsi nəzərdə tutulan anım mərasimi ləğv edilib.
Soçi Daxili İşlər İdarəsinin rəisi S.Oqurtsovun imzaladığı bildirişdə qeyd olunur ki, erməni diasporu qanunsuz aksiyalar keçirsə məsuliyyətə cəlb olunacaq.
Yeri gəlmişkən, 2011-ci ildə Soçi rəhbərliyi erməni diasporunu quldur erməni generalı Andranikin şəhərdə qanunsuz ucaldılmış heykəlini götürməyə məcbur etmişdi.
Milli.Az