Bakı, 18 aprel, AZƏRTAC
100 karat çəkisi olan unikal brilyant ABŞ-ın Nyu-York şəhərində keçirilən hərracda satışa çıxarılacaq.
AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, nadir qiymətli daş qüsursuz təmizliyə və formaya malikdir. Ən ciddi peşəkar zərgərlər belə onu ideal adlandıraraq şəffaflığını bulaq suyu ilə müqayisə edirlər.
Təxminən 10 il bundan əvvəl Cənubi Afrikanın mədənlərində tapılan bu qüsursuz qiymətli daşın çəkisi cilalanmadan öncə düz iki dəfə artıq olub. Ekspertlər brilyantı təxminən 25 milyon dollar həcmində qiymətləndirirlər.