Paytaxt polisi keçmiş məhkumdan xeyli narkotik maddə götürüb
Bakı Şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsi Narkotiklərlə Mübarizə bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş, 1956-cı il təvəllüdlü Mehmam Alış oğlu Alışovdan 305,170 qram narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Milli.Az