"Report" "Le Fiqaro" qəzetinə istinadən xəbər verir ki, bu haqda Yelisey sarayı məlumat yayıb.
"Yerevandakı görüşdə onlar Ukraynadakı vəziyyəti və başqa məsələləri müzakirə edəcəklər", - Fransa prezidentinin administrasiyasından bildirilib.
Xatırladaq ki, ötən gün Rusiya prezidentinin mətbuat katibi Dmitiri Peskov da Vladimir Putinin Yerevanda Fransua Ollandla görüşəcəyinin mümkünlüyünü söyləmişdi.