Türkiyədə məscid qarşısında dilənçilər arasında dava düşüb.

ANS PRESSS-in məlumatına görə, hadisə Şanlıurfa şəhərində baş verib. Məscid qarşısında ərazi bölgüsünü pozduğu iddiası ilə qadın dilənçilər dalaşmağa başlayıb.

Taxtalarla bir-birinə hücum edən dilənçiləri ətrafdakı insanlar və polis çətinliklə ayırıb. Dava zamanı dilənçilərdən biri yaralanıb.

Dilənçilərin davasından sonra isə bu dəfə də polislə vətəndaşlar arasında qısa müddətli mübahisə yaranıb.

Dilənçilərin məscid qarşısında məskunlaşdığını deyən vətəndaşlar polisə reaksiya göstərib. İnsanlar dilənçi probleminin həll olunmasını tələb ediblər.

Mənbə
ANS PRESS