Bakı. 18 aprel. REPORT.AZ/ Bu gün səhər saatlarında Bakıda müşahodə olunan dumanlı hava şəraiti Heydər Əliyev Beynəlxalq Hava Limanında təyyarələrin qəbulu və yola salınmasına təsir etməyib. Bu barədə "Report"a hava limanından bildiriblər.
Aeroportdan bütün uçuşların cədvələ uyğun həyata keçirildiyi qeyd olunub.
Hava limanından deyiblər ki, indiyədək təxirə salınmış aviareys yoxdur.