ABŞ prezidenti Barak Obama Rusiyanın İrana tədarük edəcəyi silahlarla bağlı bəyanat verib.

ANS PRESS-in məlumatına görə, Obama bildirib ki, Rusiya silahları İrana tədarük etmək üçün çox gözləməli olub.

Onun sözlərinə görə, Rusiya və İran arasında sözügedən saziş 2009-cu ildə imzalanmalı idi, lakin ABŞ-ın Rusiyaya xahişindən sonra bu məsələ təxirə salınmışdı.

Qeyd edək ki, Rusiya tərəfi açıqlama verib ki, rəsmi Moskva Tu-204SM sərnişin təyyarələrinin tədarükü məsələsinə yenidən baxa bilər.

Xatırladaq ki, aprelin 13-də Rusiya prezidenti Vladimir Putin S-300 zenit-raket sistemlərinin İrana tədarükünə qadağanı aradan qaldıran sənəd imzalayıb.

Fərman S-300 zenit-raket sistemlərinin Rusiya ərazisindən tranzit daşınması, o cümlədən hava nəqliyyatı ilə daşınması, Rusiya ərazisindən İrana aparılması, həmçinin Rusiya dövlət bayrağı altında üzən hava və dəniz gəmilərindən istifadə etməklə Rusiyanın sərhədlərindən kənarda İrana verilməsinə qadağanı aradan qaldırır.
Mənbə
ANS PRESS