Time 2015 reytinqinə Apple-ın baş direktoru Tim Kuk da daxil edilib.
Milli.Az ICTnews-a istinadən bildirir ki, Time jurnalı tərəfindən dərc edilmiş reytinqə daxil edilmiş şəxslər haqda saytda adətən şərhlər yazılır. Bir qayda olaraq, belə şərhlərin müəllifi adi jurnalist deyil, nüfuzlu siyasətçilər, görkəmli yazıçılar, milyarderlər olur. Appleın direktoru haqda isə siyasətçi demokrat Con Luis təəssüratını yazıb:
Stiv Cobsun kölgəsindən çıxmaq Tim Kuk üçün heç də asan olmadı. Amma cəsarəti sayəsində Kuk Apple şirkətini yeni zirvəyə qaldırmağa nail olub. O, dünyada biznes üçün yeni standart yaradıb – deyə siyasətçi qeyd edib.
Məlumat üçün bildirək ki, sözügedən reytinq artıq 16 ildir tərtib edilir və beş kateqoriyaya ayrılır. Seçim saytda səsvermə yolu ilə aparılır, amma son seçimi redaksiya özü edir.
Milli.Az