“Əl-Qaidə” silahlıları Yəməndə hərbi düşərgəni ələ keçirib.

 

APA-nın “AFP”-yə istinadən məlumatına görə, yerli hökumət faktı təsdiqləyib.

 

Qeyd olunur ki, terrorçuların əlinə xeyli sayda ağır silah keçib.

 

Bundan əvvəl “Əl-Qaidə” silahlıları Yəmənin cənubunda iri hava və dəniz limanı, habelə neft bazasını ələ keçirmişdilər.