Sabiq İraq prezidenti Səddam Hüseynin müavini İzzət İbrahim əd-Duri öldürülüb.

ANS PRESS-in məlumatına görə, İraqın Səlahəddin vilayətinin valisi Raid əl-Cubiri verdiyi açıqlamada Durinin Tikrit şəhərinin şərqində yerləşən Hemrin dağlarındakı Allas Neft quyuları yaxınlığında İŞİD-lə ordu arasında gedən döyüşlərdə öldüyünü deyib.

Onun cəsədinə aid olduğu bildirilən fotoşəkillər da sosial mediada yayılıb.

Səddam Hüseyn dövründə İraqda ikinci adam olaraq tanınan İzzət İbrahim əd-Durini adı ABŞ tərəfindən axtarılanlar siyahısında yer alırdı.








Mənbə
ANS PRESS