Bakı. 17 aprel. REPORT.AZ/ Bakı şəhərinin Nərimanov rayonu ərazisində yerləşən bir neçə küçədə təmir işləri davam etdirilir. Təmirinə başlanılan Çernyavski və Arif Heydərov küçələrində asfalt-beton örtüyünün döşənməsi işləri başa çatdırılıb.
Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin Mətbuat Katibliyindən "Report"a verilən məlumata görə, İsmayıl Hidayətzadə küçəsində səki daşları yenilənib, mövcud asfalt-beton örtüyü qaşınaraq ərazidən kənarlaşdırılıb.
"Hazırda yeni asfalt-beton örtüyünün döşənməsi işləri davam etdirlir. Bu axşam asfalt-beton işlərinin yekunlaşdırılması planlaşdırılır", - deyə məlumatda qeyd edilib.