19 yaşlı qız ailə münaqişəsi zəminində öldürülüb
Azərbaycan paytaxtında qətl hadisəsi törədilib.

Xəzər Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün rayonun Buzovna qəsəbəsində, Naxçıvani küçəsi, ev 13 də qeydə alınıb.

Bakı şəhər sakini 1973-cü il təvəllüdlü Namiq Aslanov ailə münaqişəsi zəminində bacısı qızı 1996-cı il təvəllüdlü Məlikli Nigar Şikar qızı Məliklini bıçaqlayaraq qətlə yetirib. N.Aslanov hadisəni törətdikdən sonra qaçıb.

Hazırda polis onun tutulması istiqamətində tədbirləri davam etdirir.

Milli.Az