Gəncə şəhərində yanğın hadisəsi baş verib. Fərdi yaşayış evində qeydə alınan hadisə nəticəsində 7 otaqlı ev yanıb.

Kəpəz TV (Region TV) xəbər verir ki, hadisə təxminən saat 14:00 radələrində şəhərin Mirzağa Əliyev küçəsi, ev 11-də qeydə alınıb. Hadisə zamanı ümumi sahəsi 120 kv.m olan mənzilin mətbəx və iki otağı tamamilə yanıb. Alovu söndürmək üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin texnikası və canlı qüvvəsi cəlb olunub.

Rahib Nadirov
, FHN-nin Gəncə ş. Yanğından Mühafizə İdarəsinin rəsi müavini: “Dərhal yanğın yerinə Nizami rayonundan iki, Kəpəz rayonundan da iki yanğınsöndürən maşın cəlb olunub. Təxminən 8 dəqiqə ərzində alovun qarşısını almaq mümkün olub. Onu da qeyd edim ki, evdə heç kim olmadığından yanğın tam əhatəsindən kənara çıxandan sonra yanğınsöndürmə briqadalarına məlumat verilib”.

Yanğının evdəki işlək elektrik cihazından qaynaqlandığı ehtimal edilir. Hadisənin dəqiq səbəbləri aparılacaq araşdırmalardan sonra bəlli olacaq.

Milli.Az