Avropa Parlamenti Ermənistanın maraqlarından çıxış edir
Trend-in “TRT Haber”ə istinadən verdiyi məlumata görə, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Cəmil Çiçək bildirib.

O qeyd edib ki, Ankara Avropa Parlamentinin 1915-ci il hadisələri ilə bağlı qətnaməsini qəbuledilməz sayır: “Türkiyə dəfələrlə bəyan edib ki, 1915-ci il hadisələri ilə bağlı arxivlərini açmağa və müştərək komissiya yaratmağa hazırdır. Amma Ermənistan bu təklifi rədd edir. Bu isə onu deməyə əsas verir ki, Ermənistan dünyanın 1915-ci il hadisələri barədə gerçəkləri öyrənməsindən ehtiyat edir”.

Milli.Az