Bu xəbərə ən çox sevinənlərədn biri isə "Fənərbağça" futbol klubunun prezidenti Əziz Yıldırım olub. O, futbolçu haqqında yayılan xəbərlərə münasibət bildirərkən bunları deyib: "Ümid edirəm ki, sakit və xoşbəxt həyat Emenikeni əvvəlki günlərə qaytaracaq. O evlənərsə, qalmaqalsız həyat yaşayaraq komandaya daha faydalı olacaq".
Emenikenin sevgilisi Ezinne hətta bir neçə dəfə İstanbula da gəlib. Deyilənlərə görə, model şəhəri o qədər bəyənib ki, Londonda yaşamaq arzusunda olan Emenikeni bu fikrindən daşındırmaq da istəyib.
Xatırladaq ki, Emenike 2013-cü ildə "Fənərbağça" ilə 4 illik müqavilə imzalayıb. Müqaviləyə görə, o, 9,8 milyon avro pul alıb. Oynadığı hər matça görə isə 12 min 500 avro qazanır.








MənbəANS PRESS