DSMF-dəki təlimlər başa çatdı
ANS PRESS-in məlumatına görə, tədbirdə çıxış edən DSMF-nin sədr müavini Zakir Babayev bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin 4 noyabr 2014-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiya”sı ilə müəyyən edilmiş əsas vəzifələrdən biri pensiya təminatı sisteminin perspektiv inkişafının aktuar modelləşdirmə əsasında proqnozlaşdırılmasının təmin edilməsidir.
Qeyd olunub ki, bu məqsədlə DSMF tərəfindən çoxsaxəli funksional fəaliyyət planına start verilib və hazırda müxtəlif strateji istiqamətlər üzrə kompleks tədbirlər həyata keçirilməkdədir. İlkin olaraq fonddaxili struktur və institusional platformanın təkmilləşdirilməsi məqsədilə müvafiq struktur vahidinin və aktuar qrupun formalaşdırılması və komplektləşdirilməsi tədbirləri icra edilib. Həmçinin daxili texniki və institutsional potensialın artırılması məqsədilə bir sıra donor təşkilatları ilə (Dünya Bankı, Avropa İttifaqı və s.) intensiv təlim proqramlarının keçirilməsi razılaşdırılıb. Bununla yanaşı, aktuar modellər üzrə zəruri verilənlər bazasının hazırlanması və ölkədə mövcud pensiya sisteminə adaptasiya olunacaq aktuar modellərin müəyyənləşdirilməsi və tətbiqi ortamüddətli perspektivdə DSMF-nin əsas strateji hədəfidir.
Brifinq-təqdimatda çıxış edən Dünya Bankının eksperti Tatyana Boqomolova PROST modelinin əhəmiyyətindən söz açaraq vurğulayıb ki, Dünya Bankı tərəfindən hazırlanmış bu model dünyanın 100-ə yaxın ölkəsində tətbiq edilib. Model sığortaolunanların gələcək pensiya təminatını, pensiya sisteminin uzunmüddətli dövrdə maliyyə dayanıqlılığını, sistemin gəlir və xərclərini, sığortaolunanların gələcək pensiya təminatına təsir edə biləcək amilləri müəyyənləşdirir və pensiya sistemində kəmiyyət və keyfiyyət təhlillərinin aparılmasında əhəmiyyətli rol oynayır.
PROST modeli vasitəsilə əhalinin gözlənilən ömür müddəti, ölkə iqtisadiyyatının gələcək makroiqtisadi göstəriciləri, beynəlxalq tendensiyaları nəzərə alaraq sığortaolunanların gələcək pensiya məbləğindəki dəyişmələri, sistemdə həm sığorta prinsiplərinə əsaslanan, həm də məcburi dövlət sosial sığorta haqqına bağlı olmayan pensiya öhdəliklərinin məbləği, həmçinin gələcək pensiyaçıların və sığortaolunanların sayı proqnozlaşdırılır.
Bunula yanaşı, PROST modelindən istifadə etməklə hazırda dünyanın əksər ölkələrinin pensiya sisteminə əhəmiyyətli dərəcədə təsir edən qlobal yaşlanmanın pensiya sistemində yarada biləcəyi əlavə maliyyə öhdəliklərini, ölkələrin pensiya siyasəti sahəsində islahatların zəruriliyini, sığorta-pensiya sistemində həyata keçirilən hər hansı bir islahatın, makroiqtisadi göstəricilərin nəticələrinin müxtəlif gəlir səviyyəsindəki insanların hər bir kateqoriyasına təsirini müəyyənləşdirmək mümkündür.
Dünya Bankının eksperti qeyd edib ki, 2009-2010-cü illərdə dünyada baş vermiş qlobal maliyyə böhranının müxtəlif növ pensiya sistemlərinə təsiri Dünya Bankı tərəfindən məhz PROST modeli vasitəsilə qiymətləndirilib. Bundan əlavə, Avropa Birliyinin bir sıra ölkələri də PROST modelini tətbiq edib.
Sonra DSMF-nin Proqnozlaşdırma şöbəsinin müdiri Fərid Baxşıyev təqdimatla çıxış edərək PROST modelinin konseptual aspektləri barədə ətraflı məlumat verib. Bildirilib ki, modelin üstünlüyü müxtəlif ölkələrin pensiya sistemlərinə çevik adaptasiya oluna bilməsidir.
Aktuar tədqiqatlar sahəsində DSMF-nin strateji hədəfləri barədə ətraflı məlumat verən F.Baxşıyev bildirib ki, Azərbaycan üzrə PROST modelinin tətbiqi istiqamətində işlərin cari ilin may ayında yekunlaşdırılması və ictimaiyyətin məlumatlandırılması məqsədilə yeni modelin geniş təqdimatının keçırilməsi nəzərdə tutulub. Həmçinin məlumat verilib ki, təlimdə iştirak etmiş DSMF əməkdaşlarına Azərbaycan üzrə işlənib hazırlanacaq PROST modelinin istifadəsi üzrə Dünya Bankının sertifikatı və lisenziyası veriləcəkdir.
Tədbirin sonunda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. Mənbə
ANS PRESS
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Azərbaycanda nə qədər ev ipotekadadır?
anspress.com
DİGƏR XƏBƏRLƏR
Daha çox »
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Bu gün
·
23:53
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Bu gün
·
22:53
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Bu gün
·
21:16
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Bu gün
·
20:56
Top xəbərlər
Layihələr
Son xəbərlər
Azərbaycanda nə qədər ev ipotekadadır?
Bu gün
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Bu gün
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Bu gün
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Bu gün
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Bu gün
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Bu gün
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Bu gün
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Bu gün
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Bu gün
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Bu gün
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Bu gün
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Bu gün
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Bu gün
·
20:51
"Azərbaycan D-8 təşkilatına üzv olmağa böyük önəm verir"
Bu gün
·
20:42
Məlumat savaşı: Dezinformasiyanın müharibə və siyasətdəki rolu
Bu gün
·
20:35