Parlament "Kənd təsərrüfatı informasiya-məsləhət xidməti haqqında" qanun layihəsinin II oxunuşda müzakirəsinə başlayıb
"Report" xəbər verir ki, Komitənin üzvü Eldar Quliyev Milli Məclisin plenar iclasında qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deputatlar tərəfindən səsləndirilən təkliflərinin nəzərə alındığını və qanun layihəsinin daha da təkmilləşdirildiyini açıqlayıb.
Onun sözlərinə görə, qanun layihəsi ölkə əhalisinin ərzaq təhlükəsziliyinin təmin edilməsi üçün həyata keçirilən aqrar siyasətin tərkib hissəsi olan kənd təsərrüfatı informasiya-məsləhət xidmətinin hüquqi, iqtisadi və təşkilatı əsaslarını müəyyən edəcək. Bundan başqa, kənd təsərrüfatı informasiya-məsləhət xidməti subyektləri ilə məhsul istehsalçıları, dövlət və yerli özünüidarə orqanları, digər fiziki və hüquqi şəxlər arasında yaranan münasibətləri tənzimləyəcək.
Qeyd edək ki, təkliflərdən sonra qanun layihəsinə 8 yeni müddəa əlavə edilib, 2 maddə və 4 müddəa çıxarılıb, 17 maddədə 50-yə yaxın dəyişiklik olunub. Dəyişikliklərə əsasən, rayonlarda (şəhərlərdə) və ya regionlarda və kəndlərdə (bələdiyyə ərazilərində) informasiya-məsləhət xidməti mərkəzləri və təşkilatları respublika informasiya-məsləhət xidməti mərkəzinin tərkib hissəsi kimi və ya sərbət fəaliyyət göstərən qurum kimi yaradılır.
Habelə, qanun layihəsinə görə, kənd təsərrüfatı informasiya-məsləhət xidməti sistemi dövlətin aqrar siyasətinin həyata keçirilməsi, kənd təsərrüfatı məhsulları istehsalının və kənd yerlərinin inkişafı məsələləri üzrə metodiki və tövsiyyə xarakterli sənədlər hazırlayır, nəşr etdirir və yayır. Həmçinin, xidmət elmi müəssisələr tərəfindən yerinə yetirilmiş elmi-texniki məhsullar üzrə informasiyaları və dövlət informasiya ehtiyatlarını toplayır və təqdim edir.
İclasda qeyd olunan dəyişiklikdə eyni zamanda, kənd təsərrüfatı informasiya-məsləhət xidmətinin subyektləri müəyyənləşdirilib. Beləliklə, icra hakimiyyəti orqanı - respublika informasiya-məsləhət xidməti mərkəzi, rayon (şəhər) və ya region və kənd informasiya-məsləhət xidməti mərkəzləri və bələdiyyə orqanları xidmətin subyektləri sayılır.
Komitənin iclasında bildirilib ki, qanun layihəsi günün tələblərindən irəli gəlir və ölkədə kənd təsərrüfatının inkişafına, məhsuldarlığın artırılmasına xidmət edəcək, o cümlədən gələcəkdə ərzaq təhlükəsizliyinin təminatınatında zəruri rol oynayacaq.
Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyyə edilib.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
report.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Dünən
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Dünən
·
20:51