“Kənd təsərrüfatı informasiya-məsləhət xidməti haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirə edilib
Bakı, 17 aprel, Aidə Quluzadə, AZƏRTAC
Aprelin 17-də Milli Məclisin aqrar siyasət komitəsinin iclasında “Kənd təsərrüfatı informasiya-məsləhət xidməti haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.
AZƏRTAC xəbər verir ki, komitənin üzvü Eldar Quliyev Milli Məclisin plenar iclasında qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deputatlar tərəfindən səsləndirilən təkliflərin nəzərə alındığını və layihənin daha da təkmilləşdirildiyini söyləyib. Vurğulanıb ki, qanun layihəsi ölkə əhalisinin ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün həyata keçirilən aqrar siyasətin tərkib hissəsi olan kənd təsərrüfatı informasiya-məsləhət xidmətinin hüquqi, iqtisadi və təşkilatı əsaslarını müəyyən edir. Həmçinin kənd təsərrüfatı informasiya-məsləhət xidməti subyektləri ilə məhsul istehsalçıları, dövlət və yerli özünüidarə orqanları, digər fiziki və hüquqi şəxslər arasında yaranan münasibətləri tənzimləyir. Məlumat verilib ki, təkliflərdən sonra qanun layihəsinə 8 yeni müddəa əlavə edilib, 2 maddə və 4 müddəa çıxarılıb, 17 maddədə 50-yə yaxın dəyişiklik edilib. Dəyişikliklərə əsasən rayonlarda (şəhərlərdə) və ya regionlarda və kəndlərdə (bələdiyyə ərazilərində) informasiya-məsləhət xidməti mərkəzləri və təşkilatları respublika informasiya-məsləhət xidməti mərkəzinin tərkib hissəsi kimi və ya sərbəst fəaliyyət göstərən qurum kimi yaradılır. Qanun layihəsinə görə, kənd təsərrüfatı informasiya-məsləhət xidməti sistemi dövlətin aqrar siyasətinin həyata keçirilməsi, kənd təsərrüfatı məhsulları istehsalının və kənd yerlərinin inkişafı məsələləri üzrə metodiki və tövsiyə xarakterli sənədlər hazırlayır, nəşr etdirir və yayır. Həmçinin xidmət elmi müəssisələr tərəfindən yerinə yetirilmiş elmi-texniki məhsullar üzrə informasiyaları və dövlət informasiya ehtiyatlarını toplayır və təqdim edir.
İclasda qeyd olunub dəyişiklikdə, eyni zamanda, kənd təsərrüfatı informasiya-məsləhət xidmətinin subyektləri də müəyyənləşdirilib. Belə ki, icra hakimiyyəti orqanı-respublika informasiya-məsləhət xidməti mərkəzi, rayon (şəhər) və ya region və kənd informasiya-məsləhət xidməti mərkəzləri və bələdiyyə orqanları xidmətin subyektləri sayılırlar.
Çıxış edənlər bildiriblər ki, qanun layihəsi günün tələblərindən irəli gəlir və ölkədə kənd təsərrüfatının inkişafına, məhsuldarlığın artırılmasına xidmət edəcək. Eyni zamanda, gələcəkdə ərzaq təhlükəsizliyinin təminatında mühüm rol oynayacaq.
Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Top xəbərlər
Layihələr
Son xəbərlər
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Dünən
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Dünən
·
20:51