Bakı, 17 aprel, AZƏRTAC
Bakı Dövlət Universitetində (BDU) “Bakı-2015” ilk Avropa Oyunlarına həsr olunan “I Avropa Oyunları uşaqların gözü ilə” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir BDU-nun “Gənc İstedadlar” liseyi və Nizami rayonu 62 nömrəli məktəb-lisey tərəfindən təşkil olunub.
Açılış mərasimində çıxış edən BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov Azərbaycan Prezidenti İlham Əliyevin apardığı siyasətin uğurlu nəticələrindən danışıb.
Rektor, eyni zamanda, ilk Avropa Oyunlarının əhəmiyyətini vurğulayıb.
Sonra liseylərin şagirdləri mövzu ilə bağlı ədəbi-bədii kompozisiya göstəriblər.