[ 17 Aprel 2015 12:56 ]



 

Bakı. Fuad Cəfərov - APA. Bakıda silahlı insident törədən şəxs saxlanılıb.

 

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi  məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 15-də Bəxtiyar Hüseynova ov tüfəngindən atəş açan Bakı şəhər sakini Abbas Dünyamalıyev tutulub.

 

Qeyd edək ki, hadisə Şüvəlan qəsəbəsində qeydə alınıb. B. Hüseynov müxtəlif bədən xəsarətləri ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.