[ 17 Aprel 2015 12:41 ]



Bakı. Hafiz Heydərov – APA. Bakıda dəniz kənarından uşaq meyiti tapılıb.

 

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə aprelin 16-da Səbail rayonu Bibiheybət qəsəbəsi ərazisində qeydə alınıb. Dəniz sahilində üzərində zorakılıq əlamətləri görünməyən 2-3 yaşlı qız meyiti tapılıb.

Faktla bağlı araşdırma aparılır.