Bakı. 17 aprel. REPORT.AZ/ Bakıda avtomobil qaçıran yeniyetmə ağır qəza törədib, hadisə nəticəsində bir nəfər ölüb. Bu barədə “Report”a Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən məlumat verilib.
Belə ki, Maştağa qəsəbəsi B.Bağırov küçəsində qəsəbə sakinləri - 2000-ci il təvəllüdlü Kamran Həmzə oğlu Bəyəliyev qohumu Cəfər Bəyəliyevə məxsus “Mercedes” markalı avtomobili qaçıraraq 2001-ci il təvəllüdlü Aftandil Vahidovu və Tələt Seyidovu vurub və idarəetməni itirərək maneəyə dəyib. Nəticədə K.Bəyəliyev, sərnişini Kənan Hüseynov, A.Vahidov və T.Seyidov 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. T.Seyidova edilən tibbi yardımlara baxmayaq xəstəxanada ölüb.
Digər yaralıların vəziyyəti ağırdır. Fakt Sabunçu Rayon Polis İdarəsi 14-cü Polis Bölməsində araşdırılır.